...

Türkiyə yüksək texnologiya sahəsində istehsal bazası olmağı hədəfləyib

Dünya xəbərləri Materials 28 İyul 2024 00:45 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə, cəmi 30 milyard dollarlıq "İnnovasiya Hesabat Kartı Göstəriciləri"nin yaxşılaşdırılmasına töhfə verəcək "HİT-30 Yüksək Texnologiya Təşviq Proqramı" ilə nəhənglər liqasına girməyə hazırlaşır.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, sözügedən proqram çərçivəsində Türkiyənin, xüsusilə yenilikçi inkişaf edən texnologiya sahələrində qlobal investisiyaların mərkəzinə çevrilməsi hədəflənib.

Bu istiqamətdə edilən ilk 6 çağırışla Türkiyənin yeni nəsil enerji vasitələri, akkumulyator texnologiyaları, çip texnologiyaları, günəş batareyaları və külək turbinləri sahələrində istehsal mərkəzinə çevrilməsi gözlənilir.

Qeyd olunan çağırışlar çərçivəsində 2030-cu ildə Türkiyədə 20 milyard dollardan çox özəl sektor investisiyası edilməsi planlaşdırılıb.

Məlumat üçün bildirək ki, dünyada ən çox Araşdırma-Geliştirme (Ar-Ge) fəaliyyətini həyata keçirən ilk 1000 şirkət tərəfindən Türkiyədə qurulacaq Ar-Ge mərkəzlərinə də təsirli dəstək veriləcək.

Bu 4 proqramla Türkiyədə yüksək texnologiya ixracının sürətlə artırılması, yüksək və orta yüksək texnologiyalı məhsul və xidmətlərin ümumi ixracda payının 50 faizə çatdırılması planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti