...

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

Dünya xəbərləri Materials 2 Avqust 2024 00:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 sədrliyi “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqəyə start verib.

Trend xəbər verir ki, bu barədə COP29-un “X”dəki səhifəsi məlumat yayıb.

“Dünyanın hər yerindən fotoqraflar iqlim dəyişikliklərinin mahiyyətini öz fotoobyektivləri vasitəsilə ifadə etməyə və iqlim problemlərinin icmalara, landşaft və ekosistemlərə təsirini nümayiş etdirməyə dəvət olunurlar”, - paylaşımda qeyd edilir.

Fotomüsabiqənin konseptual xətti COP29 konfransının mövzuları ilə ahəngdar şəkildə dünyanın hər yerində məskunlaşan icmalara, onların mədəni həyatı və ətraf mühitin qorunmasındakı roluna, eləcə də iqlim dəyişikliklərinin landşaft və ekosistemlərə təsiri, bu təsirlərə məruz qalan flora və faunaya yönəlib. Müsabiqənin tematik əsasını meşələrin və biomüxtəlifliyin mühafizəsi, su ehtiyatlarının idarə olunması, dayanıqlı kənd təsərrüfatı, iqlim dəyişikliklərinə adaptasiya, mədəni irsin qorunması kimi mövzular təşkil edir.

Ümumilikdə, müsabiqəyə qəbul edilən fotoşəkillər “İqlim dəyişikliklərinin təsirləri”, “İqlim həlləri və innovasiyalar”, “Gənclər və təhsil”, “Flora və fauna” olmaqla dörd müxtəlif kateqoriya üzrə təsnif ediləcək. Fotoşəkillər yaradıcı yanaşma, texniki bacarıq, təsirli mesaj mahiyyəti kimi müxtəlif meyarlar üzrə ekspertlər qrupu tərəfindən qiymətləndiriləcək. Qalib fotoqrafların çəkdiyi fotolar COP29 konfransı zamanı xüsusi ekspozisiyada nümayiş olunacaq və bu, onlara öz istedadlarını dünyaya tanıtmağa imkan yaradacaq. Bununla yanaşı, seçilən fotoşəkillər konfransın rəsmi veb-saytı və sosial media kanalları daxil olmaqla müxtəlif platformalarda geniş şəkildə nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti