...

Banqladeşdə müvəqqəti hökumətin konstitusiyaya uyğun seçkilər keçirəcəyinə ümid edirik - Türkiyə XİN

Dünya xəbərləri Materials 6 Avqust 2024 05:06 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Banqladeşdə baş verən son hadisələrlə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda Türkiyənin Banqladeşdə baş verənləri yaxından izlədiyi vurğulanıb.

“Nümayişlər zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Ümid edirik ki, qurulacaq müvəqqəti hökumət ölkəni konstitusiyaya uyğun şəkildə seçkilərə aparacaq və bu səsvermə qardaş Banqladeşin demokratiyasına, sülh və sabitliyinə töhfə verəcək”, - deyə Türkiyə XİN bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti