...

Britaniyada 28 aksiya iştirakçısı məhkəmə qarşısına çıxacaq

Dünya xəbərləri Materials 6 Avqust 2024 20:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyanın Midlsbro bölgəsindəki iğtişaşlarda iştirak edən 28 nəfər bu gün məhkəmə qarşısına çıxacaq.

Trend xəbər verir ki, onlar “Teesside Magistrates” məhkəməsində zorakılıq və digər cinayətlərdə ittiham olunacaqlar.

Britaniyanın müxtəlif şəhərlərində də aksiya iştirakçılarına qarşı məhkəmə prosesləri başlayıb.

Qeyd edək ki, Böyük Britaniyanın müxtəlif şəhərlərində radikal sağçılar tərəfindən bir neçə gündür şiddətli etiraz aksiyaları keçirilir. Avqustun 5-də Plimut, Belfast və Darlinqton şəhərlərində polis və nümayişçilər arasında toqquşmalar baş verib. İğtişaşlar başlayandan bəri təxminən 400-ə yaxın şəxs saxlanılıb.

Xəbər lenti

Xəbər lenti