Bakı. Trend:
ABŞ administrasiyası Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində səylərini davam etdirmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.
"Biz Yaxın Şərqdəki tərəfdaşlarımızla danışıqları davam etdirəcəyik və gərginliyi azaltmağa çağıracağıq", - deyə o bildirib.
Ağ Ev əlavə edib ki, ABŞ gərginliyin azaldılmasına diqqət yetirir.