...

Çilidə dünyanın ən böyük mis mədənində çalışan işçilər tətilə başlayıblar

Dünya xəbərləri Materials 14 Avqust 2024 08:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çilinin şimalındakı Escondida mis mədənində işçilər iş şəraitinin yaxşılaşdırılması üçün BHP Billiton ilə razılığa gələ bilmədikləri üçün tətilə başlayıblar.

Trend-in məlumatına görə, müəssisənin 2800 əməkdaşını birləşdirən həmkarlar ittifaqı əmək müqavilələrinin şərtlərinin təkmilləşdirilməsi üzrə danışıqlardan sonra Escondida-ya nəzarət edən şirkətin son təklifini rədd edib. Tətilçilər dünya bazarında misin qiymətinin artması fonunda maaşların artırılmasını tələb edirlər.

Tətilin bitmə tarixi hələ müəyyən edilməyib. Həmkarlar ittifaqı rəhbərliyi xəbərdarlıq edib ki, "uzunmüddətli tətil" ehtimalını nəzərdən keçirir.

Escondida qlobal mis istehsalının təxminən 5%-ni təşkil edir. 2017-ci ildə mədən işçilərinin tətili 44 gün davam etdi və bu, bu metalın dünya qiymətinin artmasına səbəb oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti