Bakı. Trend:
Rusiya məşhur Hollivud aktyoru Corc Kluninin rəhbəri olduğu "Azadlıq Uğrunda Kluni Fondu"nun fəaliyyətini ölkə ərazisində arzuolunmaz elan edilib.
Trend xəbər verir ki, bu barədə Rusiyanın Baş Prokurorluğunun "Telegram" kanalında məlumat verilib.
"Fond Hollivud miqyasında Rusiyanı gözdən salmağa yönəlmiş işlər həyata keçirir. Ölkəni tərk etmiş yalançı vətənpərvərləri, fəaliyyəti qadağan edilmiş ekstremist birliklərin və terror təşkilatlarının üzvlərini fəal şəkildə dəstəkləyir", - deyə Rusiya Baş Prokurorluğu fondun arzuolunmaz kimi tanınması qərarını izah edib.