...

Cənubi Koreya prezidenti KXDR ilə hibrid müharibəyə hazırlaşmağa çağırıb

Dünya xəbərləri Materials 19 Avqust 2024 14:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya Prezidenti Yun Sok Yol KXDR-in “boz zona”dakı təxribatlarını və Şimalla hibrid müharibəni dəf etmək üçün hazırlığı artırmağa çağırıb.

Trend Yonhap agentliyinə istinadla xəbər verir ki, prezident bunu Nazirlər Kabinetinin iclasındakı çıxışında deyib.

“Biz Şimali Koreyanın yalan məlumatlar yayılması, saxta xəbərlər və kiberhücumlar kimi təxribatlarına cavab verməyə hazırlığımızı gücləndirməliyik”, – deyə Yon Sok Yol bildirib.

Cənubi Koreya prezidenti xəbərdarlıq edib ki, KXDR münaqişənin ilkin mərhələsində zorakılıq, təbliğat və təşviqat yolu ilə sosial qeyri-sabitlik yaratmağa cəhd edə bilər. Onun sözlərinə görə, milli təhlükəsizliyi qorumaq və müharibəyə hazırlığı artırmaq üçün nəqliyyat, rabitə, su təchizatı, sosial infrastruktur və mühüm dövlət obyektlərini etibarlı şəkildə mühafizə etmək lazımdır.

Qeyd edək ki, bu gün Cənubi Koreya və ABŞ Ulchi Freedom Shield hərbi təliminə başlayıb. Seul və Vaşinqton avqustun 29-dək davam edəcək təlimlərin müdafiə xarakteri daşıdığını bildirir. Pxenyan isə müttəfiqlərin bu manevrlərini Şimali Koreyaya müdaxilənin məşqi hesab edir.

Xəbər lenti

Xəbər lenti