Bakı. Trend:
Kanal həmçinin qeyd edib ki, yəhudi dövlətinin hərbçiləri Rəfah və qonşu Xan Yunisdə bir neçə binanı partladıblar.
Trend-in məlumatına görə, İsrail ordusunun Qəzza zolağının müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində 50-dən çox insan həlak olub.
Al Jazeera telekanalının məlumatına görə, atəş və bombardman zamanı ən azı 52 fələstinli həlak olub, onlardan 12-si Qəzza şəhərindəki məktəbdə, 9-u isə anklavın mərkəzi hissəsindəki Deyr əl-Bələhdə izdihamlı bazarda olub. Telekanal qeyd edir ki, sektorun şimalındakı Cəbəliyə qaçqın düşərgəsində yaşayış binasına hücum nəticəsində bir neçə nəfər ölüb və yaralanıb. Hərbçilərin, həmçinin anklavın cənubundakı Rəfah şəhərində və qonşu Xan Yunisdə bir neçə binanı partlatdığı bildirilir.