Bakı. Trend:
İsveçrə Avropa Birliyinin Rusiyaya qarşı 14-cü sanksiyalar paketinə qoşulub.
Trend xarici KİV-lərə xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında məlumat verilib.
"21 avqust 2024-cü ildə Federal Şura AB-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketinin bir sıra digər tədbirlərinə qoşulmaq barədə qərar qəbul edib. Bu düzəlişlər 2024-cü il avqustun 27-də qüvvəyə minəcək", - məlumatda qeyd olunub.