Bakı. Trend:
Qəzza zolağında atəşkəsə dair Qahirədə başlamalı olan danışıqların növbəti raundu gələn həftəyə keçirilib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, ABŞ, Misir və Qətər yenidən danışıqlarda vasitəçi kimi çıxış edəcək. İsrail nümayəndə heyətinin də dialoqa qoşulacağı gözlənilir.
Qeyd edək ki, bu həftənin əvvəlində ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfər edib. O, İsrail və fələstinlilərin Qəzzada məskunlaşmanın ABŞ variantı ilə razılaşmasını təmin etməyə çalışıb. Lakin danışıqlarda irəliləyiş əldə olunmayıb.