Bakı. Trend:
Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağının ərazisində Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi bazası raket atəşinə tutulub.
Trend-in məlumatına görə, bu barədə Suriyanın "Şam FM" radiostansiyası məlumat yayıb.
“Deyr əz-Zorun şimal-şərqindəki Koniko qaz yatağına bir neçə raket atılıb və güclü partlayış səsləri eşidilib”, materialda deyilir.
Hadisənin təfərrüatları barədə məlumat verilmir. Ölən və ya yaralananlar barədə məlumat yoxdur.
Bundan əvvəl, avqustun 6-da İraqdakı hərbi bazaya iki raketin düşməsi nəticəsində 5 ABŞ hərbçisinin və iki podratçının yaralandığı bildirilirdi. Bütün zərərçəkənlərin vəziyyəti stabildir.