Bakı. Trend:
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, İslandiyada 5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 118 min nəfər əhalisi olan Reykyavikdən 223 km şimal-şərqdə olub. Zəlzələnin episentri 8 km dərinlikdə yerləşir. Yeraltı təkanlar bir neçə yaşayış məntəqəsində hiss olunub, lakin ciddi fəsadlar barədə hələlik məlumat yoxdur. Seysmoloqlar vəziyyətin monitorinqini davam etdirirlər.