Bakı. Trend:
Rumıniyada daşqınlar nəticəsində 7 nəfər həlak olub. Bundan əlavə, təbii fəlakət nəticəsində 6,5 min ev təsərrüfatının zərər gördüyü qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.
Hakimiyyət təbii fəlakət nəticəsində dağılmış hər şeyi bərpa etməyə söz verir. Məktəblərin dağıdıldığı yerlərdə dörd modul tipli bina quraşdırılacaq ki, uşaqlar təhsillərini davam etdirə bilsinlər. Evsiz qalan insanlar üçün müvəqqəti yaşayış yeri kimi xidmət edəcək 250 konteyner əraziyə çatdırılıb. Zədələnmiş elektrik xətlərinin bərpası istiqamətində işlər davam etdirilir.
Ölkənin şərqində müxtəlif xəbərdarlıq kodları tətbiq edilib. Hidroloqlar xəbərdarlıq edir ki, xüsusilə kiçik çaylar daşqın təhlükəsi altındadır.