Bakı. Trend:
Milan Çempionlar Liqasının finalına evsahibliyi hüququndan məhrum edilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
2026/2027 mövsümünün finalı "San Siro" stadionunda keçirilməli idi. Amma şəhər rəhbərliyi həmin müddətədək arenada yenidənqurma işləri apara bilməyəcəyi üçün UEFA-ya imtina ilə bağlı müraciət edib.
Qeyd edək ki, Avropa ali futbol qurumu gələn ilin aprel-may ayında yeni təşkilatçı şəhərin adını açıqlayacaq.