Bakı. Trend:
İran hökuməti, İsrailin “Hizbullah”ın Beyrutun cənubundakı yeraltı qərargahına hava hücumundan sonra Livan xalqına başsağlığı verərək müvafiq tədbirlər görəcəyini açıqlayıb.
Trend-in “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, İran Prezidenti Məsud Pezeşkian bu barədə məlumat verib.
O, “İran hökuməti İsrailin son cinayətinə qarşı tədbir görəcək və həmişə Livan xalqının yanında olacaq” deyib. Prezident Pezeşkian, baş verən hadisəni hərbi cinayət adlandırıb.