Bakı. Trend:
Bu gün NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti başa çatıb.
Trend xəbər verir ki, Stoltenberq səlahiyyətlərini Niderlandın keçmiş baş naziri Mark Rutteyə ötürüb.
Qeyd edək ki, Yens Stoltenberq 2014-cü ilin oktyabrında NATO-nun baş katibi olub. Norveçin keçmiş baş naziri və BMT-nin xüsusi elçisi kimi Stoltenberq təhlükəsizlik, müdafiə, iqlim, enerji və iqtisadiyyat sahələrini əhatə edən daxili və beynəlxalq nailiyyətlərə malikdir.
Mark Rutte 2010-2024-cü illərdə Niderlandın baş naziri vəzifəsini icra edən holland siyasətçidir.