Bakı. Trend:
Rusiyanın paytaxtı, Moskvada yanğının söndürülməsi zamanı 1 nəfər ölüb, 8 nəfər xilas edilib.
Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskvadakı nümayəndəliyindən məlumat verilib.
“Krasnoarmeyskaya küçəsində yeddi mərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzildə şəxsi əşyalar və mebel yanıb. Yanğının söndürülməsi zamanı heç bir həyat əlaməti olmayan meyit aşkarlanıb”, - deyə idarədən bildirilib.
Binanın yuxarı mərtəbələrindən 11 nəfər təxliyə edilib.