...

İsrail Beyrutda "Hizbullah"ın silah anbarlarına və obyektlərinə zərbələr endirib

Dünya xəbərləri Materials 6 Oktyabr 2024 08:53 (UTC +04:00)

Bakı. Trend:

İsrail ordusu Beyrutda Livanın "Hizbullah" hərəkatının silah anbarlarına və digər hədəflərinə bir sıra hava zərbələri endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti bildirib.

"Gecə saatlarında İsrail ordusu kəşfiyyat məlumatı aldıqdan sonra Hərbi Hava Qüvvələri Beyrut ərazisində "Hizbullah" terror təşkilatının müəyyən sayda silah anbarlarına və infrastruktur obyektlərinə bir sıra hədəfli zərbələr endirib", - deyə qeyd olunub.

Bildirilib ki, xakinlərin zərbələr endirilən əraziləri tərk edə bilməsi üçün İsrail ordusu mülki əhalini əvvəlcədən xəbərdar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti