...

İsrailin cənubunda terror aktı törədilib

Dünya xəbərləri Materials 6 Oktyabr 2024 16:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin cənubundakı Beer-şeba şəhərində terror aktı törədilib.

Trend-in məlumatına görə, bu barədə İsrail polisi öz "Telegram" kanalında bildirib.

Məlumata əsasən, oktyabrın 6-da günorta saatlarında naməlum şəxs şəhərin mərkəzi stansiyasında atəş açıb. Terror aktı nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.

"Terrorçu zərərsizləşdirilib, cənub bölgəsindən çoxsaylı polis qüvvələri hadisə yerindədir", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti