Bakı. Trend:
Türkiyənin Kayseri vilayətində qaçaqmalçılıq üzrə əməliyyatlarda axtarışda olan 17 nəfər tutulub.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, Kayseri Təhlükəsizlik İdarəsi yanında Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində 2 ədəd qeyri-qanuni tapança, 69 min 800 makaron, 750 banderol və 1866 kiloqram qaçaq tütün ələ keçirilib.
Əməliyyatlar zamanı axtarışda olan 17 nəfər tutulub,15 nəfər haqqında isə hüquqi proses başlanıb.