...

Borrell Qəzzada müharibənin dayandırılması üçün təcili addımlar atılmasını istəyib

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 02:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya liderləri Qəzza zolağında baş verən "insan faciəsinə son vermək üçün" dərhal tədbirlər görməlidirlər.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin ali diplomatı Xosep Borrell bildirib.

“Cenevrə Konvensiyalarına qoşulan ölkələr, bütün tərəflərin beynəlxalq hüquqa əməl etməsini təmin etmək öhdəliyinə malikdir. Mülki əhalini və insan hüquqlarını qorumaq bizim borcumuzdur və hərəkətə keçməyin vaxtıdır,” - deyə Borrell şənbə günü yaydığı açıqlamada vurğulayıb.

O bildirib ki, Qəzzanın şimalından gələn məhdud məlumatlar “mülki əhalinin məcburi köçürülməsi ilə yanaşı, ölüm, dağıntı və aclığın dəhşətli səviyyədə olduğunu” göstərir.

“Bizə Qəzzada dərhal atəşkəs və bütün girovların qeyd-şərtsiz azad edilməsi lazımdır. Mülki şəxslərin də təcili şəkildə humanitar yardıma sürətli və maneəsiz çıxışı, eləcə də yardımın Qəzzada davamlı şəkildə paylanması təmin edilməlidir,” - sənəddə qeyd edilir.

Borrell, həmçinin BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkün təcili tədbir çağırışına qoşulduğunu bildirərək, beynəlxalq ictimaiyyəti "sözləri real addımlara çevirmək üçün birləşməyə" çağırıb.

Xəbər lenti

Xəbər lenti