Daşkənd. Trend:
Özbəkistanda parlament seçkiləri fəal şəkildə keçirilir.
Bu barədə Trend-ə açıqlamasında seçki komissiyasının üzvü Sərvər Alimov Daşkənd şəhərinin 19 saylı seçki məntəqəsində deyib.
"Ölkənin yaşlı əhalisi ilə yanaşı, Özbəkistan gəncləri də səsvermə prosesində iştirak etməkdə maraqlıdırlar. Gənclər elektron səsverməyə üstünlük verirlər. Onun sözlərinə görə, bu yeni üsul seçicilər üçün daha əlverişlidir və səslərin sayını aydın şəkildə qeyd etməyə kömək edir", - deyə o vurğulayıb.
Sərvər Alimov əlavə edib ki, məntəqədə səsvermə prosesi sakit, konstitusiya və beynəlxalq standartlara uyğun gedir.
Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.
Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkin nəticələr oktyabrın 28-də elan olunacaq.
Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.