Bakı. Trend:
Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Avropa Müdafiə İttifaqının yaradılması təşəbbüsü ilə çıxış edib.
Trend xəbər verir ki, bu barədə İspaniyanın "El Mundo" qəzeti məlumat yayıb.
Metsola vurğulayıb ki, Avropa İttifaqının quracağı müdafiə və təhlükəsizlik ittifaqı NATO-nu tamamlayıcı bir qüvvə olacaq. "Avropa İttifaqı həmişə daha güclü olmalıdır. Başqalarından gözlədiklərimizi əvvəlcə özümüz təmin etməli və ardıcıl, təsirli addımlar atmalıyıq," - deyə Metsola qeyd edib.
Avropalı siyasətçi həmçinin bildirib ki, Aİ ölkələri öz güclərinə arxalanaraq istənilən təhlükəyə qarşı hazırlıqlı olmalıdırlar.