Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra 2025-ci ilin yazında ölkənin müdafiə xərclərini ÜDM-in 2,5%-nə çatdırmaq planlarını açıqlayacaq.
Trend-in məlumatına görə, bu barədə "Telegraph" xəbər verib. Nəşr bildirir ki, leyboristlər bu addımla ABŞ-ın yeni prezidenti ilə əlaqələri yaxşılaşdırmağa çalışırlar.
Xərclərin artırılması ilə bağlı elan 2025-ci ilin mart-aprel aylarında gözlənilir.