...

Şimali Koreya Koreya yarımadası ərazisində GPS siqnalını bloklayır - Yonhap

Dünya xəbərləri Materials 9 Noyabr 2024 07:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Koreya Koreya yarımadası ərazisində GPS siqnalını bloklamağa başlayıb.

Trend xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.

Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin bildirdiyinə görə, Şimali Koreyanın cənubundakı Kesonq və Haeju şəhərlərinə yaxın ərazilərdə GPS siqnalının kəsilməsi qeydə alınıb. Bunun nəticəsində Cənubi Koreyanın bir neçə gəmisinin və onlarla mülki aviasiya təyyarəsinin hərəkətində problemlər yaranıb.

Cənubi Koreya ordusu Şimali Koreyanı GPS siqnalının bloklanmasını dərhal dayandırmağa çağırıb və "hər hansı nəticəyə görə məsuliyyətin Pxenyanın üzərinə düşəcəyini" xəbərdar edib. Şimali Koreya hələlik bu bəyanatlara münasibət bildirməyib.

Xəbər lenti

Xəbər lenti