...

Oktyabr ayında Türkiyədə 58 mindən çox qəza baş verib

Dünya xəbərləri Materials 9 Noyabr 2024 12:45 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin iyul ayında Türkiyədə baş verən ümumi qəza sayı 58 min 385 olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Baş Polis İdarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, oktyabr ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 51 min 33, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 352 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 36 min 509, vəfat edənlərin sayı isə 233 nəfər təşkil edib.” – deyə idarədən bildirilib.

Məlumata əsasən, yanvar-oktyabr aylarında Türkiyədə törədilən qəza sayı 518 min 496 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 446 min 308, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 72 min 188 olub.

Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 330 min 805, vəfat edənlərin sayı isə 2 min 312 nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti