Bakı. Trend:
ABŞ və Böyük Britaniya "Ənsar Allah" hərəkatının nəzarəti altında olan Sənada yerləşən hərbi obyektlərinə bir sıra hava zərbələri endirib.
Trend-in məlumatına görə, bu barədə hərəkatdakı mənbədən bildirilib.
"ABŞ və Britaniya qüvvələri şənbə günü gecə Sənaya üç zərbə endirib, şəhərin bir neçə bölgəsindəki hərbi bazalara və silah anbarlarına hücum edib. Təyyarələr Yəmənin hava məkanında fəaliyyət göstərib", - deyə bildirilib.
Mənbənin məlumatına görə, zərbələr Nahdein, Əs-Sabin və Əl-Hafa bölgələrinə edindirilib. “Şəhərdə güclü partlayış səsləri eşidilib”