Bakı. Trend:
Dubayda yerləşən "Emirates" aviaşirkəti Bağdada uçuşların ləğv edilməsini dekabrın 14-dək uzadıb.
Trend-in məlumatına görə, bu barədə aviaşirkətin saytında bildirilib.
""Emirates"in Bağdada və oradan qayıdış reysləri 14 dekabr 2024-cü il daxil olmaqla ləğv edilib", - deyə qeyd edilib. Bildirilib ki, Dubay-Bağdad marşrutu üzrə uçuşlar "Flydubai" büdcəli aviaşirkəti tərəfindən həyata keçirilir.
Aviaşirkət həmçinin xatırladıb ki, Beyruta uçuşlara məhdudiyyətlər dekabrın 31-nə qədər davam edir.