...

Türkiyədən Misirə elektrik avadanlıqları ixracı artıb

Dünya xəbərləri Materials 17 Yanvar 2025 12:13 (UTC +04:00)
Türkiyədən Misirə elektrik avadanlıqları ixracı artıb

Bakı. Trend:

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədən Misirə elektrik avadanlıqları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq, 245 milyon 128 min 59 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Misirə 22 milyon 501 min 51 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 24,9 faiz azdır ” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,9 faiz artaraq, 16 milyard 677 milyon 730 min dollara bərabər olub.

“2024-cü ilin dekabr ayında Türkiyə 1 milyard 478 milyon 712 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3,3 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2023 – dekabr 2024) Türkiyə 16 milyard 677 milyon 730 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Xəbər lenti

Xəbər lenti