...

İsrail əsirlərin azad olunacağı tarixi açıqladı

Dünya xəbərləri Materials 17 Yanvar 2025 18:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrail baş naziri Binyamin Netanyahunun ofisi Qəzza zolağından olan ilk əsirlərin planlaşdırıldığı kimi yanvarın 19-dan etibarən azadlığa çıxacağını təsdiqləyib.

Trend xəbər verir ki, bu haqda “The Times of Israel” məlumat yayıb.

HƏMAS-la İsrail tərəfi arasında əldə olunmuş razılaşmaya görə, bazar günü HƏMAS üç əsiri azad etməlidir. Razılaşmanın ilkin mərhələsində qruplaşma ümumilikdə 33 əsiri sərbəst buraxmağı öhdəsinə götürüb. Həmin şəxslərin siyahısı artıq İsrail KİV-də dərc olunub.

Qeyd edək ki, HƏMAS-la İsrail arasında əldə olunmuş barışıq haqda saziş İsrailin hərbi-siyasi kabineti və nazirlər kabineti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti