Bakı. Trend:
Mosvka və Tehran arasında strateji saziş bütün istiqamətlərdə əməkdaşlığın inkişafına yönəlib.
Trend xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla Moskvada keçidiyi ikitərəfli görüş zamanı bildirib.
“Biz çoxdan bunun üzərində işləmişik. Bu işin yekunlaşması məni çox şad edir. Bu ona görə vacibdir ki, bizə əməkdaşlığımızın faktiki olaraq bütün istiqamətlərinə əlavə təkan vermək imkanı yaradacaq”, -deyə Vladimir Putinq qeyd edib.
Prezident vurğulayıb ki, ölkələr arasında ticari-iqtisadi əlqələrin inkişafına yönəlib.
“Hazırkı tempi mən tam qənaətbəxş hesab edirəm”, -deyə o bildirib.
Bundan başqa, Rusiya lideri qeyd edib ki, ötən ilin son 10 ayı ərzində İranla Rusiya arasında ticarət dövriyyəsinin artımı 15.5 faiz təşkil edib. “Bu yaxşı göstəricidir”,- deyə o əlavə edib.
“Biz iri layihələrimizin, o cümlədən atom enerjisi sahəsindəki layihənin inkişafını davam etdiririk. Bu sahədə digər mümkün layihələr də var. Logistika sferasında da yaxşı perspektivlər mövcuddur”, -deyə Vladimir Putin qeyd edib.