Bakı. Trend:
Türkiyə bazarlarına realdan ayırd edilməyəcək qədər peşəkarlıqla hazırlanan saxta qızıllar buraxılıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, yeni növ saxta qızıllar ictimaiyyətin genişmiqyaslı narahatlığına səbəb olub.
Qeyd edilir ki, dələduzlar emalatxanalar, o cümlədən zərgərlik mağazaları açır, bazara aşağı dərəcəli və ya tamamilə saxta məhsullar çıxarırlar, bu da adətən internet vasitəsilə satılır.