...

Finlandiyada ehtiyatda olan hərbçilərin yaş həddinin artırılması planlaşdırılır

Dünya xəbərləri Materials 17 Yanvar 2025 22:11 (UTC +04:00)
Finlandiyada ehtiyatda olan hərbçilərin yaş həddinin artırılması planlaşdırılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərin yaş həddinin 65 yaşa qədər artırılmasını nəzərdə tutan qanun layihəsinin hazırlanmasına başlayıb.

Bu barədə Trend Qazeta.ru-ya istinadən xəbər verir.

“Müdafiə Nazirliyi ehtiyatda qalma yaş həddinin artırılması ilə bağlı hökumətə təklif hazırlamağa başlayıb. Məqsəd 2025-ci ilin yazında parlamentə təklif təqdim etməkdir”, - deyə nazirliyin məlumatında bildirilir.

Hazırda ehtiyatda olan zabitlər üçün maksimum yaş həddi 60, sıravilər üçün isə 50 yaş təşkil edir. Nazirlik qanun layihəsinin hansı kateqoriyadan olan hərbi qulluqçulara aid ediləcəyini hələ açıqlamayıb.

Respublikanın müdafiə naziri Antti Hakkänen qeyd edib ki, ehtiyatda olan hərbçilər özləri yaş həddinin artırılmasını tələb ediblər.

Bununla yanaşı, Müdafiə Nazirliyi hərbsizləşdirilmiş Aland adalarından qadınlar və kişilər arasında hərbi xidmət üçün könüllülərin sayını artırmaq məqsədilə yeni təşəbbüsləri də nəzərdən keçirir.

Xəbər lenti

Xəbər lenti