Bakı.Trend:
Leyboristlərin hakimiyyətə gəlib, yeni vergi siyasəti elan etməsindən sonra rekord sayda milyonçu Birləşmiş Krallığı (Britaniya) tərk edib.
Trend xəbər verir ki, bu haqda “New World Wealth” analitik şirkəti statistik məlumat dərc edib.
Milyonçuların kütləvi axını Kir Starmerin Britaniyada hökumətin başına gəlməsindən sonra müşahidə olunur.
Ekspertlərə görə, hakimiyyətə gəlmiş leyboristlərin vergi planları beynəlxalq investorların ölkədən getməsinə səbəb olur ki, bu, iqtisadiyyata ağır zərbə vura bilər.
“Ümummilli seçkilərin elan olunmasından sonra hər 45 dəqiqədən bir Britaniyanı bir milyonçu tərk edir”, - deyə materialda qeyd olunur.
Bundan əvvəl, Böyük Britaniyada kimya sənayesinin yox olmaq üzrə olduğu barədə xəbər yayılmışdı. Ona isə səbəb enerji daşıyıcılarının qiymətlərinin həddən artıq yüksək olması və karbon-dioksid tullantılarına vergilərin qaldırılması göstərilir.