Bakı. Trend:
Türkiyənin Suriyanın şimalında Ankara tərəfindən PKK terrorçu təşkilatı ilə əlaqəsi olan qüvvələri yaxın gələcəkdə məhv etmək əzmindədir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mersin şəhərində keçirilən regional qurultayında deyib.
"YPG terror təşkilatına heç bir dözümümüz yoxdur. Suriya ərazisinin üçdə birini tutan YPG qruplaşma liderinin [Abdullah Öcalanın] silahı yerə qoyma çağırışlarına məhəl qoymasa, yaxın gələcəkdə bu məsələnin köklü şəkildə həlli üçün addımlar atacağıq", - deyə o bildirib.