Bakı. Trend:
Filippinin Mindanao adasında 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Trend xəbər verir ki, episentrin təxminən 5 min nəfər əhalisi olan Siokon şəhərindən 7 km şimal-şərqdə yerləşdiyi bildirilib. Zəlzələnin dərinliyi 10 km olub. Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, bundan əvvəl Leyte adasında da 5,7 bal gücündə zəlzələ baş verib.
XXX
04:39
Filippində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkanların episentri təxminən 3,5 min nəfərlik əhalisi olan Liloan şəhərindən 7 km cənub-şərqdə yerləşib.
Zəlzələnin episentri 9 km dərinlikdə olub.
Hadisə nəticəsində tələfat və dağıntılar barədə hələ ki, məlumat verilməyib.
