Bakı.Trend:
Cənubi Koreyanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ölkənin prezidenti Yun Sok Yol barəsində başlatdığı istintaqı yekunlaşdırıb və ona qarşı qiyam işi üzrə rəsmi ittihamın irəli sürülməsi üçün prokurorluğa müraciət edib.
Trend xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.
“Ona qarşı ittiham irəli sürüb-sürməyəcəyinə prokurorluq qərar verəcək. Biz hesab edirik ki, prokurorluq bu iş üzrə həqiqətlərin üzə çıxması üçün toplanmış materialları hərtərəfli şəkildə araşdırsa və lazım gəlsə əlavə istintaq başlatsa bu daha səmərəli olar”, - deyə idarənin rəhbəri Li Ce Son bildirib.
İstintaq idarəsindən bildirirlər ki, siyasətçi onun hərbi vəziyyətin tətbiq olunmasındakı rolu ilə bağlı müstəntiqlərin suallarını cavablandırmaqdan imtina edir.
Qeyd edək ki, Koreya prezidenti yanvarın 19-da Seuldakı iqamətgahında həbs olunub.