Bakı.Trend:
“Hizbullah” hərəkatı ilə İsrail hökuməti arasında bağlanmış Livanda atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin müddəti gələn həftə başa çatsa da, böyük ehtimalla uzadılacaq.
Trend xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Livanlı və israilli siyasətçilər hesab edir ki, “Hizbullah” və İsrailə ötən ilin noyabr ayında razılaşdırdığı atəşkəs rejiim haqda sazişin ilkin şərtlərinin yerinə yetirilməsi üçün daha çox vaxta ehtiyacı var və tərəflər hərbi əməliyyatları bərpa etmək niyyəyində deyillər.
Tərəflərin yanvarın 27-də vaxtı bitən atəşkəs müddətini uzatmaqla bağlı müzakirələr apardığı bildirilir. İsrail və Livanın birbaşa diplomatik əlaqələri olmadığından, danışıqlara Fransadan olan nümayəndələr də vasitəçilik edirlər.