...

İsrail ordusu İordan çayının qərb sahilində reydlər keçirib

Dünya xəbərləri Materials 24 Yanvar 2025 08:57 (UTC +04:00)
İsrail ordusu İordan çayının qərb sahilində reydlər keçirib

Bakı. Trend:

İsrail ordusu İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində reydlər keçirib.

Trend-in məlumatına görə, bu barədə Qətərin "Al Jazeera" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, reydlər zamanı bir neçə fələstinli həbs olunub.

Bildirilib ki, reydlər Qalqilya şəhərinin şərqindəki Azzun qəsəbəsində, Hevron şəhərinin şimalındakı Halhul, Ramallah bölgəsi və Yerixobdakı Ayn-Sultan qaçqın düşərgəsində həyata keçirilib. İsrailin Şərqi Qüdsün şimalındakı Anata qəsəbəsində keçirdiyi əməliyyatlar zamanı bir neçə fələstinli, Tulkərm qəsəbəsində isə daha bir fələstinli həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti