...

Seul məhkəməsi Prezident Yun Sok Yolun həbs müddətini uzatmayıb

Dünya xəbərləri Materials 25 Yanvar 2025 19:34 (UTC +04:00)
Seul məhkəməsi Prezident Yun Sok Yolun həbs müddətini uzatmayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Seul Mərkəzi Rayon Məhkəməsi, prokurorluğun Prezident Yun Sok Yolun həbs müddətinin uzadılması barədə müraciətini ikinci dəfə geri qaytarıb.

Trend-in məlumatına görə, məhkəmə, ölkədə qısamüddətli hərbi vəziyyətin tətbiqindən sonra qiyam təşkili şübhəsi ilə başlanılan istintaq çərçivəsində hazırda həbsdə olan Prezident Yun Sok Yolun saxlanma müddətinin uzadılması üçün prokurorluğun vəsatətini qəbul etməyib.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bir neçə gün əvvəl istintaqı davam etdirmək üçün prokurorluğa təhvil verib, çünki qurumun Prezidentə qarşı rəsmi ittiham irəli sürmək ixtiyarı yoxdur. Güman olunur ki, prokurorluq Prezidentə qarşı rəsmi ittihamı yanvarın 27-dək irəli sürəcək.

Qeyd edək ki, Prezident Yun Sok Yol, dekabrın 3-də elan etdiyi hərbi vəziyyətlə əlaqədar başlanmış istintaq çərçivəsində yanvarın 15-də saxlanılıb

Xəbər lenti

Xəbər lenti