...

ABŞ-ın ÜST-dən çıxma qərarına yenidən baxıla bilər

Dünya xəbərləri Materials 26 Yanvar 2025 03:26 (UTC +04:00)
ABŞ-ın ÜST-dən çıxma qərarına yenidən baxıla bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp, gələcəkdə ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq qərarını yenidən nəzərdən keçirə biləcəyini etiraf edib.

Trend xəbər verir ki, Tramp şənbə günü Nevada ştatının Las-Veqas şəhərindəki çıxışı zamanı ÜST ilə bağlı fikirlərini bölüşüb.

"Mən ÜST-dən ayrıldım, burada biz ildə 500 milyon dollar ödəyirdik, Çin isə cəmi 39 milyon dollar ödəyirdi".

ABŞ lideri, ÜST rəhbərlərinin ödənişlərin 39 milyon dollara endirilməsi təklifi ilə təşkilata qayıtmaq imkanı yaratdıqlarını iddia edərək, bu təklifi rədd etdiyini vurğulayıb. "Bəlkə də bunu yenidən düşünərik. Amma əvvəlcə bir az təmizlik aparmaları lazımdır", - deyə o əlavə edib.

Xatırladaq ki, Donald Tramp, yanvarın 20-də ABŞ-ın ÜST-dən çıxarılması haqqında sərəncam imzalamışdı.

Xəbər lenti

Xəbər lenti