Bakı. Trend:
Türkiyənin Bolu əyalətində yerləşən “Grand Kartal” hotelində baş vermiş yanğında Türkiyənin tanınmış teleaparıcısı və maliyyə şərhçisi Nedim Türkmen həlak olub.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yanvarın 21-də kurort kompleksində baş vermiş yanğında ölənlər arasında jurnalistin həyat yoldaşı və iki övladı – 22 yaşlı oğlu və 18 yaşlı qızı da yer alır.
Xatırladaq ki, “Grand Kartal” hotelində yanğın baş verən vaxt binada 238 nəfər, o cümlədən ailəvi istirahətə gəlmiş azyaşlılar olub. Hadisə nəticəsində 78 nəfər həyatını itirib. Yanğınla əlaqədar aparılan istintaq çərçivəsində 15 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.