...

ABŞ Senatı Skot Bessenti maliyyə naziri vəzifəsinə təsdiq edib

Dünya xəbərləri Materials 28 Yanvar 2025 04:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Senatı Skot Bessentin ölkənin maliyyə naziri vəzifəsinə namizədliyini təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə C-SPAN telekanalı məlumat yayıb.

62 yaşlı milyarder Skot Bessent hazırda "Key Square Group" investisiya fonduna rəhbərlik edir. 2011–2015-ci illərdə o, Soros Fondu İdarəetməsinin baş investisiya direktoru vəzifəsində çalışıb.

Forbes jurnalının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp və Skot Bessent uzun illərdir dostdurlar. Bessent 2016-cı ildə Respublikaçıların ilkin seçkilərinə 1 milyon dollar ianə edib, həmçinin 2024-cü il seçki kampaniyasında Trampa fəal dəstək göstərərək 3 milyon dollar bağışlayıb. O, Trampın mitinqlərində iştirak edib və onun əsas iqtisadi məsləhətçilərindən biri olub.

ABŞ Senatının Maliyyə Komitəsində keçirilən dinləmələrdə Skot Bessent Rusiyaya və onun neft sektoruna qarşı sanksiyaların gücləndirilməsini müdafiə edib. O bildirib ki, bu tədbirlər Rusiyanı Ukrayna üzrə sülh danışıqlarına məcbur edə bilər.

Xəbər lenti

Xəbər lenti