Bakı. Trend:
ABŞ-Meksika sərhədində sərhədçilərlə qeyri-qanuni miqrantlar arasında atışma baş verib.
Trend xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.
Telekanalın məlumatına görə, bir qrup miqrant sərhədi qanunsuz olaraq keçməyə cəhd edib. ABŞ Sərhəd Xidmətinin əməkdaşları onların qarşısını almaq üçün atəş açıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Atışma ABŞ-Meksika sərhədində yerləşən Rio Qrande çayının üzərindəki Fronton adası yaxınlığında baş verib.
Fox News-un məlumatına görə, adanın “Kartel adası” olaraq da tanınması oradakı cinayətkar fəaliyyətlə bağlıdır. Sərhədçilərin qarşıdurmada qarşılaşdığı şəxslərin narkotik kartelinin üzvləri ola biləcəyi ehtimal edilir.
