...

Danimarka Arktikada hərbi mövcudluğunu gücləndirmək üçün 2 milyard dollardan çox vəsait ayıracaq

Dünya xəbərləri Materials 28 Yanvar 2025 07:18 (UTC +04:00)
Danimarka Arktikada hərbi mövcudluğunu gücləndirmək üçün 2 milyard dollardan çox vəsait ayıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarka Arktikada öz hərbi infrastrukturunu inkişaf etdirmək üçün 2,11 milyard dollar məbləğində vəsait xərcləməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Danimarkanın Müdafiə Nazirliyi məlumat yayıb. Hökumət və parlament partiyaları Arktikada təhlükəsizlik və müdafiə sahəsində çağırışlarla bağlı tədbirləri əhatə edən birgə razılığa gəliblər. Layihə çərçivəsində 14,6 milyard Danimarka kronu ayrılacaq.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen, Arktika və Şimali Atlantikada təhlükəsizliklə bağlı ciddi problemlərin mövcud olduğunu vurğulayıb. O bildirib ki, krallıq regionda öz hərbi mövcudluğunu gücləndirməli və bu sahədə strateji üstünlük əldə etməlidir.

Kopenhagen regiona üç yeni hərbi gəmi göndərməyi, həmçinin uzaq məsafəli iki pilotsuz uçuş aparatını və təkmilləşdirilmiş müşahidə sistemlərini istifadəyə verməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti