...

ABŞ-də əvf edilən fəal güllələnib

Dünya xəbərləri Materials 28 Yanvar 2025 12:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin İndiana ştatında polis Ağ Ev rəhbəri Donald Trampın əvf etdiyi Kapitoliyə hücum hadisələrinin iştirakçısı Metyü Şattlı güllələyib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, avtomobili saxlayan zaman Şerifin köməkçisi qayadaları pozan şəxsi həbs etməyə çalışıb, ancaq sonuncu müqavimət göstərib. Nəticədə ortaya çıxan qarşıdurmada polis odlu silahla Şattlı ölümcül yaralayıb. Hadisə vaxtı həlak olan şəxsin üzərində silah olsa da, polisin hansı zəminlə atəş açması hələ ki, məlum deyil.

Qeyd edilir ki, 2023-cü ildə Metyü Şattl Kapitoliyə hücuma görə özünü təqsirli bilərək, 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, Vaşinqtonda Kapitoliyə hücum 2021-ci il yanvarın 6-da Respublikaçı tərəfdarlarından ibarət izdiham tərəfindən həyata keçirilib. Onlar 2020-ci il prezident seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edirdilər. Hücum Kapitolinin təxliyəsinə və binanın bağlanmasına səbəb olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti