...

Dünya birjalarında təlatüm: dünyanın 500 ən zəngin insanı milyardlarını itirir

Dünya xəbərləri Materials 28 Yanvar 2025 20:39 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin “Deepseek” süni-intellektin dünyanın qiymətli kağızlar bazarlarında yaratdığı təlatüm fonunda, planetin ən zəngin 500 insanının varidatı ümumilikdə 108 milyard dollar məbləğində azalıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər xəbər verir.

Məlumata görə, ən çox ziyan “Nvidia” çipləri istehsalçısının baş direktoru Censen Huanq olub ki, onun aktivləri 20 faizə azalıb. Bu, təxminən 20.1 milyard dollar təşkil edib.

Qeyd edilir ki, “Nvidia”nın da bazar dəyəri 600 milyarda qədər ucuzlaşıb və o dünyanın ən bahalı şirkəti statusundan məhrum olub. Ticarət sessiyasının ilk saatında NASDAQ səhmləri 13 faizdən çox – 123 dollara qədər ucuzlaşıb.

Bundan başqa, “Oracle Corp.” Korporasiyasının həmtəsisçisi, milyarder Larri Ellisonun aktivləri 12 faiz azalıb. O ümumilikdə 22.6 milyard dollardan məhrum olub. “Dell” təsisçisi Maykl Dell isə 13 milyard dollar itirib.

Qeyd edək ki, qiymətli kağızlar bazarlarındakı kəskin tənəzzülə Çinin “DeppSeek-R1” çat-botunun əldə etdiyi inanılmaz uğur səbəb olub. “ChatGPT”ə alternativ kimi göstərilən bu tətbiqin fəaliyyəti üçün dəfələrlə az xərc tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti