...

Rusiyada güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 29 Yanvar 2025 12:12 (UTC +04:00)
Rusiyada güclü zəlzələ baş verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın İrkutsk vilayətində güclü zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal filialı məlumat yayıb.

Məlumata görə, seysmoloji hadisə yanvarın 29-u yerli vaxtla 06:54-də (Bakı vaxtı ilə 02:54) baş verib. Episentr Baykal gölünün yaxın çevrəsində - İrkutsk vilayətinin Böyük Kadilnı burnu (Bolşoe Qoloustnoe) qəsəbəsindən 36 kilometr aralıda yerləşib. Yeraltı təkanların maqnitudası Rixter cədvəli ilə 5.6 bal gücündə olub.

Zəlzələ dağıntı və itkilərə səbəb olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti