Bakı.Trend:
ABŞ-də özəl şirkət tərəfindən yaradılan təyyarə tarixdə ilk dəfə olaraq səs sürəti həddini aşıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, yanvarın 28-də Kaliforniya ştatının Mohave səhrasında keçirilən sınaqda “Boom Supersonic” şirkətinin “XB-1” təyyarə prototipi səs sürətini 3 dəfə aşaraq 1,122 max sürətə nail olub. Supersonik təyyarəni ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş pilotu Tristan Brandenburq idarə edib.
Qeyd edək ki, beynəlxalq vahid sisteminə görə 1 Max - 1226,5 km/saat (340 metr/saniyə) olaraq müəyyənləşdirilir.